Argentina millisinin futbolçularının təyyarəyə minməzdən əvvəl təhlükəsizlik yoxlamasından keçdiyi görüntülər yayılıb.
İdman.Biz xəbər verir ki, kadrlar sosial şəbəkələrdə geniş müzakirə olunub. Görüntülərdə bütün komanda üzvlərinin dırnaqlarına kimi metal detektordan keçirilməsi diqqət çəkib.
Sosial şəbəkə istifadəçiləri paylaşıma zarafatla şərh yazaraq bildiriblər ki, hava limanında təhlükəsizlik yoxlamasına əsəbiləşənlər Messinin də eyni prosedurdan keçdiyini xatırlamalıdırlar.
