Sloveniyada təlim-məşq toplanışınında olan “Neftçi” bu gün ilk yoxlama matçını keçirib.
İdman.Biz-in məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın “ÇFR Kluj” komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da Saşa İliçin başçılıq etdiyi “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə qüvvəsini sınayacaq.
12:16
Bu gün Sloveniyada təlim-məşq toplanışını davam etdirən Azərbaycanın “Neftçi” futbol klubu ilk yoxlama oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “ÇFR Kluj” komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, Yuri Vernidubun baş məşqçi olduğu komanda iyulun 6-da “Partizan” (Serbiya), 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə qarşılaşacaq.
