Cəlal Hüseynovun komandası “ÇFR Kluj”la heç-heçə etdi

1 Noyabr 2026 00:59
88
Cəlal Hüseynovun komandası “ÇFR Kluj”la heç-heçə etdi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Superliqasının 14-cü turunda xal qazanıb.

İdman.Biz xəbər verir ki, Ployeşti təmsilçisi doğma meydanda “ÇFR Kluj”la 1:1 hesablı heç-heçə edib.

Cəlal Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. Müdafiəçi 63-cü dəqiqədə meydana daxil olub, 75-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra “Petrolul” 24 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

İdman.Biz