Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədovun çıxış etdiyi “Pafos” Kipr çempionatının səkkizinci turunda səfərdə “Apollon”la heç-heçə edib - 2:2.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 73-cü dəqiqəsində, komandası 1:2 hesabı ilə geridə olarkən Məmmədov meydana daxil olub. O, Nikolas İoannunu əvəzləyib.
“Pafos”un heyətində Lele 28-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin qollarını Alen Ojbolt 37-ci, Brendon Tomas isə 67-ci dəqiqədə vurublar.
Qonaqlar 88-ci dəqiqədə Andersonun penaltidən vurduğu qolla məğlubiyyətdən xilas olublar.
Bu nəticədən sonra “Pafos” 13 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
