Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyə yüksəldi

31 Oktyabr 2026 00:56
86
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyə yüksəldi

Azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya Superliqasında liderliyə yüksəlib.

İdman.Biz xəbər verir ki, komanda çempionatın 9-cu turunda doğma meydanda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Meydan sahiblərinə qələbə qazandıran qolu Daniel Adjessa vurub.

“Eqnatiya”nın azərbaycanlı müdafiəçisi Zamiq Əliyev görüşün iştirak ərizəsində yer alsa da, 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.

Bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran “Eqnatiya” turnir cədvəlində birinci pilləyə yüksəlib. Mövsümdə ilk məğlubiyyətini alan “Teuta” isə 20 xalla ikinci yerə enib.

İdman.Biz