DÇ-2026-da 1/8 finalın 10 iştirakçısı məlum oldu

2 İyul 2026 11:16
79
DÇ-2026-da 1/8 finalın 10 iştirakçısı məlum oldu

Futbol üzrə 2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin 10 iştirakçısı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, son olaraq ABŞ yığması Bosniya və Herseqovinanı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Bununla da ABŞ 1/8 finala yüksələn 10-cu komanda olub.

Bundan əvvəl Belçika, İngiltərə, Meksika, Fransa, Paraqvay, Braziliya, Norveç, Mərakeş və Kanada da 1/16 final səddini keçib. Bu nəticələrdən sonra 1/8 finalın beş cütü artıq tam dəqiqləşib.

1/8 finalın dəqiqləşən oyunları belədir:

4 iyul
21:00 Kanada - Mərakeş

5 iyul
01:00 Paraqvay - Fransa

6 iyul
00:01 Braziliya - Norveç
04:00 Meksika - İngiltərə

7 iyul
07:00 ABŞ - Belçika

Qeyd edək ki, 1/8 finalda daha üç cütlük hələ formalaşmayıb. Qalan altı vəsiqənin sahibləri İspaniya - Avstriya, Portuqaliya - Xorvatiya, İsveçrə - Əlcəzair, Argentina - Kabo-Verde, Kolumbiya - Qana və Avstraliya - Misir oyunlarından sonra bəlli olacaq.

İdman.Biz