Seneqal futbol millisinin DÇ-2026-da mübarizəni dramatik şəkildə dayandırmasından sonra komandada narazılıq yaranıb.
İdman.Biz “L’Équipe”yə istinadən xəbər verir ki, yarımmüdafiəçi Pap Geye sosial şəbəkə hesabında milli komandadan ayrıldığını açıqlayıb.
O, Belçikaya 2:3 hesablı məğlubiyyətdən sonra paylaşım edərək hazırkı məşqçilər korpusu ilə yığmada çıxış etməyəcəyini bildirib.
“Vidaya görə sizə bir neçə söz demək üçün qayıdacağam... Amma bu gün elan edirəm ki, bu məşqçilər korpusu iş başında olduğu müddətdə milli komandada oynamayacağam”, - deyə Geye yazıb.
Qeyd edək ki, Seneqal 1/16 finalda Belçikaya qarşı oyunda 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Belçika 86-cı və 89-cu dəqiqələrdə hesabı bərabərləşdirib, əlavə vaxtda isə Yuri Tilemansın penaltisi ilə qələbə qazanıb.
Seneqal millisinə Pap Tyav rəhbərlik edir. Onun komandası daha əvvəl Afrika Kuboku-2026-da da qalmaqallı finaldan sonra qızıl medaldan məhrum edilmişdi.
