“Beşiktaş”ın qələbə həsrəti 5 matça yüksəlib

Xəbərlər
13 Aprel 2024 23:12
106
“Beşiktaş”ın qələbə həsrəti 5 matça yüksəlib

Bu gün Türkiyə Superliqasında 32-ci turun 4 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” növbəti dəfə qələbə qazana bilməyib.

“Qara qartallar” “Samsunspor”un müqavimətini qıra bilməyiblər. Hesabı istanbullular açsalar da, qonaqlar fasilədən sonra bərabərlik topunu vurublar. “Beşiktaş” son 5 oyunda 3 dəfə uduzub, 2 dəfə heç-heçə oynayıb.

Azərbaycan yığmasının qolkiperi Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” evdə “Kayserispor”la xalları yarıya bölüb – 0:0

Türkiyə Superliqası
32-ci tur

“Kasımpaşa” – “Konyaspor” – 0:2
“Ankaragücü” – “Qaziantep” – 3:1
“Adana Dəmirspor” – “Kayserispor” – 0:0
“Beşiktaş” – “Samsunspor” – 1:1

İdman.biz