Rəqiblərin heç-heçəsi “Liverpul”u vahid lider edib

Xəbərlər
31 Mart 2024 21:26
243
Rəqiblərin heç-heçəsi “Liverpul”u vahid lider edib

İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son gündə liderlər meydana çıxıb.

“Liverpul” “Brayton”u məğlub edərək vahid lider olub. 2:1 hesabı qalib gələn “qırmızılar” xallarını 67-yə yüksəldib.

“Mançester Siti” – “Arsenal” görüşündə hesab açılmayıb. Ötən turda “Liverpul”la heç-heçə oynayan “şəhərlilər” liderdən 3 xal geri qalıblar. Hesabında 65 xal olan “Arsenal” 2-ci pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası
30-cu tur

“Liverpul” – “Brayton” – 2:1
“Mançester Siti” – “Arsenal” – 0:0

İdman.biz