Morata “Atletiko”da qalmasının səbəbini açıqlayıb

Xəbərlər
21 Mart 2024 19:32
141
Morata “Atletiko”da qalmasının səbəbini açıqlayıb

“Atletiko”nin forvardı Alvaro Morata ötən yayda İtaliyadan sərfəli təklif aldığını bildirib.

İdman.biz xəbər verir ki, o, “Atletiko”nu seçmə səbəbinə aydınlıq gətirib.

Morata maliyyə Feyr-pleyi üzündən Madrid klubunda qaldığını deyib: “Milan, “İnter” və “Roma”ya keçmək imkanı yaranmışdı. “Roma” variantı daha cəlbedici idi. Maaşımda azalma edib, “Atletiko”ya maliyyə baxımından kömək etməyə qərar verdim”.

Qeyd edək ki, 2023/2024 mövsümündə Morata “Atletiko”da 40 oyunda 20 qolla yadda qalıb.

İdman.biz