Keçmiş dünya çempionu DÇ-2026-nın finalına qatılmaq üçün Trampdan viza istəyib

18 İyul 2026 02:39
75
Keçmiş dünya çempionu DÇ-2026-nın finalına qatılmaq üçün Trampdan viza istəyib

İspaniya milli komandasının keçmiş üzvü, dünya və Avropa çempionu Xuan Kapdevila, Argentinanın İspaniya ilə qarşılaşacağı 2026-cı il dünya çempionatı finalına getmək üçün ABŞ prezidenti Donald Trampa viza üçün müraciət edib.

İdman.Biz bildirir ki, oyun 19 iyul bazar günü, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Köməyə ehtiyacım var, Donald Tramp. Mənə məlumat verildi ki, viza müraciətim rədd edildiyi üçün uşaqlarımla finala gedə bilmərəm. Kimsə mənə kömək edə bilərmi? 2010-cu il komanda yoldaşlarım və hazırkı komandamla birlikdə onları dəstəkləmək üçün orada olmağı nə qədər çox istədiyimi təsəvvür edə bilməzsən. ABŞ-a buraxılmamağıma və futbolu çox sevən uşaqlarımla belə xüsusi bir anı qaçıracağıma inana bilmirəm. Bunu necə həll edəcəyini kimsə bilirsə, inanılmaz dərəcədə minnətdar olaram”, - deyə Kapdevila X sosial media hesabında yazıb.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Final isə ABŞ-ın İst-Raterford şəhərində keçiriləcək. Hazırkı çempion Argentina millisidir.

İdman.Biz