İspaniya millisinin müdafiəçisi Mark Kukurelya 2026-cı il dünya çempionatından sonrakı karyera planları barədə danışıb.
İdman.Biz bildirir ki, DÇ-2026-nın finalında İspniya və Argentina qarşılaşacaqlar.
"Əgər İspaniya dünya çempionu olsa, ertəsi gün Luis de la Fuenteyə (İspaniya millisinin baş məşqçisi – red.) zəng edib milli komandadan ayrılacağam. [2024-cü ildə] Avropa Çempionatını və Dünya Kubokunu qazandıqdan sonra daha çox şey istəyə bilmərəm", - deyə futbolçu bildirib.
2026-cı il dünya çempionatının finalı 19 iyul bazar günü ABŞ-ın İst-Raterford şəhərindəki “MetLife” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
