Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalında İspaniyaya qarşı keçiriləcək oyunun gərgin və bərabər mübarizə şəraitində keçəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, təcrübəli futbolçu bu barədə “La Repubblica” nəşrinə açıqlamasında danışıb.
“Bu, möhtəşəm komandadır. Heyətində yüksək səviyyəli futbolçular var və özünəməxsus oyun üslubuna malikdir. Onların bir çoxunu yaxşı tanıyıram, bəzilərinə qarşı oynamışam və çıxışlarını izləməyə davam edirəm. Xüsusi və çox bərabər keçəcək bir final olacaq”, - deyə Messi bildirib.
37 yaşlı futbolçu Argentinanın finala gedən yolunu da dəyərləndirib. Onun sözlərinə görə, komanda turnirə çoxsaylı tənqidlər və şübhələr fonunda başlasa da, özü uğurlu nəticəyə əvvəlcədən inanıb:
“Ən azı ilk dördlüyə düşəcəyimizə əmin idim. Biz bura dünya çempionu kimi gəlmişdik. Son dörd ildə dünyanın ən güclü komandası olmuşuq və bunu meydanda bir daha sübut etdik. Heç kim bizə heç nə hədiyyə etmir. Biz yenidən finaldayıq”.
Dünya çempionatının final görüşü iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
