İngiltərə futbol millisinin yarımmüdafiəçisi Cud Bellinqem DÇ-2026-nın finalına yüksələ bilmədikləri üçün məyusluğunu ifadə edib.
İdman.Biz xəbər verir ki, İngiltərə yığması yarımfinalda Argentinaya 1:2 hesabı ilə məğlub olduqdan sonra futbolçu sosial şəbəkə hesabında paylaşım edib. Bellinqem komandanı turnir ərzində dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib.
“Ölkə daxilində bizə göstərdiyiniz inanılmaz dəstəyə görə təşəkkür edirəm. Həmçinin zəhmətlə qazandıqları pulları xərcləyərək ABŞ-yə gələn və bizə dəstək olan hər kəsə minnətdaram. Ölkəmizdə gördüyümüz bu birlik və sevginin turnirin başa çatması ilə sona çatmasına imkan verməyin. Birlikdə olduğumuz zaman böyük işlər görə bilərik və bunu mütləq edəcəyik! Hamınızı sevirəm!” - deyə Bellinqem yazıb.
