Messi dörd il əvvəlki paylaşımını olduğu kimi təkrarladı - FOTO

17 İyul 2026 11:19
100
Messi dörd il əvvəlki paylaşımını olduğu kimi təkrarladı - FOTO

Argentina futbol millisinin hücumçusu və kapitanı Lionel Messi sosial şəbəkədə maraqlı addımı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, 39 yaşlı futbolçu komandasının DÇ-2026-nın finalına yüksəlməsindən sonra paylaşım edib. Azarkeşlər Messinin yazdığı mətnin Argentina yığmasının DÇ-2022-nin finalına vəsiqə qazandığı vaxt yayımladığı paylaşım ilə eyni olduğunu müəyyənləşdiriblər.

“Finaldayıq! Daha bir möhtəşəm oyun keçirmək üçün yenidən güc tapdıq. Bu komandaya inanan hər kəsə böyük təşəkkürlər! İrəli, Argentina! Hamımız birlikdə!” - deyə Messi yazıb.

Argentina millisi 2022-ci ildə yarımfinalda Xorvatiyanı məğlub etdikdən sonra Messi eyni sözləri paylaşıb. Dörd il sonra isə komanda İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq yenidən mundialın həlledici qarşılaşmasına yüksəlib. Messi görüşdə Enzo Fernandes və Lautaro Martinesin qollarına assist edib.

Argentina DÇ-2026-nın finalında İspaniya ilə qarşılaşacaq. Həlledici oyun iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

İdman.Biz