Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tarixində ilk dəfə olaraq İspaniya və Argentina arasında keçiriləcək 2026-cı il dünya çempionatı finalından əvvəl bilet alan azarkeşlər üçün mətbuat konfransı keçirəcək.
İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, FIFA oyundan bir gün əvvəl keçirilən ənənəvi mətbuat konfransından imtina edib və kommersiya tərəfdaşı “Fanatics” ilə birlikdə azarkeşlərin dünya idman ulduzları ilə görüşmək imkanı əldə edəcəkləri ödənişli dörd günlük tədbir təşkil edir.
Tam ailə bileti 857,04 dollara, yalnız mətbuat konfransı üçün etibarlı olan böyüklər üçün bilet isə 81,54 dollara satılır. Komanda məşqçiləri və oyunçuları tədbirdə iştirak edəcəklər, lakin azarkeşlər onlara sual verə bilməyəcəklər.
