“Liverpul”un keçmiş hücumçusu Məhəmməd Salah “Beşiktaş”la şifahi şəkildə razılığa gəlib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Santi Auna məlumat verir.
Oyunçu ildə 10 milyon avro, əlavə 2 milyon avro bonus qazanacaq. Misirlinin Türkiyə klubu ilə müqaviləsi bir illikdir və daha bir mövsüm üçün də seçim mümkündür.
Salah ötən mövsümün sonunda “qırmızılar”dan ayrılıb və bütün yarışlarda 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 22 milyon avrodur.
