“Şalke 04” “Fiorentina”dan Qosensi icarəyə götürdüyünü açıqlayıb

18 İyul 2026 02:10
83
“Şalke 04” “Fiorentina”dan Qosensi icarəyə götürdüyünü açıqlayıb

Müdafiəçi Robin Qosens "Fiorentina"dan icarə əsasında "Şalke 04"ə keçib.

İdman.Biz-in xəbərinə görə, bu barədə Almaniya klubunun rəsmi saytında məlumat verilib.

İcarə müqaviləsində müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə alış seçimi də var.

Almaniya və Niderland futbolunun yetirməsi olan Robin Qosens "Vitess", "Atalanta", "İnter Milan", "Union Berlin" və bir neçə digər klubda oynayıb. Müdafiəçi ötən mövsüm 36 matçda dörd qol vurub və üç məhsuldar ötürmə edib.

Transfermarkt-dakı məlumata görə, Qosensin bazar dəyəri 4 milyon avrodur.

İdman.Biz