“Aston Villa” İsveçrə millisinin üzvü Manzambinin transferini elan edib

18 İyul 2026 01:26
94
“Aston Villa” İsveçrə millisinin üzvü Manzambinin transferini elan edib

"Aston Villa" İsveçrənin 2026-cı il dünya çempionatının bombardiri Yohan Manzambi ilə müqavilə imzalayıb.

İdman.Biz bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi 2024-cü ildən "Frayburq"da çıxış edir. Alman klubu üçün bütün turnirlərdə 58 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Ötən mövsüm Manzambi Avropa Liqasının ən yaxşı gənc oyunçusu kimi tanınıb.

2026-cı il dünya çempionatında isveçrəli dörd oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. O, turnirdə millinin bombardiri olub.

İsveçrə millisi dünya çempionatının 1/4 finalında Argentinaya uduzaraq (1:3 ə.v.) çıxışını başa vurub. Manzambi zədə səbəbindən bu görüşdə oynamayıb.

İdman.Biz