“Mançester Yunayted”in eks-oyunçusu Nəriman Axundzadə ilə bir klubda oynayacaq

18 İyul 2026 00:49
103
“Mançester Yunayted”in eks-oyunçusu Nəriman Axundzadə ilə bir klubda oynayacaq

“Mançester Yunayted”in keçmiş mərkəz müdafiəçisi Erik Beyi azad agent kimi MLS-in “Kolambus Kryu” komandasına qoşulub.

İdman.Biz bildirir ki, bu barədə Ohayo klubunun rəsmi saytında məlumat verilib.

Oyunçunun komanda ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir və liqanın 2027-ci ilin yayından başlayaraq payız-yaz formatına keçəcəyi üçün müqaviləni 2027-28 və 2028-29 mövsümləri üçün uzatmaq imkanı da var.

“Mançester Yunayted”dən başqa, Beyi əvvəllər “Espanyol”, “Vilyarreal”, “Marsel” və “Beşiktaş”da çıxış edib. O, həmçinin Kot-d’İvuar milli komandasında da oynayıb.

Xatırladaq ki, “Qarabağ” klubunun keçmiş oyunçusu Nəriman Axundzadə bu ilin fevralında “Kolambus Kryu”ya keçib.
Hazırda “Kolambus Kryu” MLS Şərq Konfransının turnir cədvəlində 10-cu yerdədir.

İdman.Biz