Zidan artıq Fransa millisinin məşqçilər heyəti ilə bağlı qərarını verib

17 İyul 2026 23:53
68
Zidan artıq Fransa millisinin məşqçilər heyəti ilə bağlı qərarını verib

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin baş məşqçisi kimi çalışacağı köməkçilərdən ibarət komanda yaradıb.

İdman.Biz bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

Zidan daha əvvəl Fransa Futbol Federasiyası ilə əməkdaşlıq etməyə razılıq vermişdi və tərəflər bu ay bütün lazımi sənədləri imzalayacaqlar.

Zidan əvvəllər klub futbolunda ən yüksək səviyyədə çalışıb. 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"in baş məşqçisi kimi üç Çempionlar Liqası, iki İspaniya liqası titulunu və digər beynəlxalq kubokları qazanıb.

Didye Deşam 19 iyulda "üçrənglilər"in İngiltərə ilə oynayacağı 2026-cı il dünya çempionatında üçüncü yer uğrunda matçdan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən istefa verəcək. O, 2012-ci ildən bəri milli komandaya rəhbərlik edir və onları 2018-ci ildə dünya çempionu edib.

İdman.Biz