Kolumbiya millisinin hücumçusu Con Duran icarə əsasında "Benfika"ya keçəcək.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Mənbənin məlumatına görə, müqavilədə könüllü transfer bəndi də var. Duran iki Çempionlar Liqası klubunun təkliflərini rədd edərək, portuqaliyalı baş məşqçi Marko Silvanın rəhbərliyi altında oynamağa üstünlük verib.
Hücumçunun maaşını kolumbiyalı futbolçunun hüquqlarına sahib olan "Əl-Nəsr" və "Benfika" birgə ödəyəcək. Bu həftəsonu tibbi müayinədən keçməsi planlaşdırılır.
Hücumçu 2025/2026 mövsümünün ikinci yarısını Sankt-Peterburqun "Zenit" komandasında keçirib. "Mavi-ağ-göy"lər üçün Duran Rusiya Premyer Liqasında altı oyun keçirib və bir qol vurub.
