“Monako” Mamadu Kulibalinin müqaviləsini uzatmaq istəyir

17 İyul 2026 20:21
86
“Monako” Mamadu Kulibalinin müqaviləsini uzatmaq istəyir

“Monako” mərkəz yarımmüdafiəçisi Mamadu Kulibalinin müqaviləsini uzatmağı planlaşdırır.

İdman.Biz bu barədə “Nice-Matin”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tərəflər artıq əməkdaşlığı davam etdirmək barədə müzakirələr aparırlar və tərəflər yeni müqavilə imzalamaq ehtimalına açıqdırlar.

Mamadu Kulibali “Monako”nun gənclər sisteminin yetirməsidir və 2024-cü ildən bəri böyüklər komandasında oynayır. Ötən mövsüm 36 matçda üç qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, müdafiəçinin bazar dəyəri 15 milyon avrodur. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

İdman.Biz