"Liverpul"dan ayrıldıqdan sonra azad agent olan hücumçu Məhəmməd Salah "Beşiktaş"a keçmək üçün maliyyə güzəştlərinə getməyə hazırdır.
İdman.Biz-in jurnalist Yağız Sabuncuoğluya istinadən bildirdiyinə görə, misirli əvvəlcə ildə 15 milyon avro istəsə də, müqaviləni təmin etmək üçün danışıqlar zamanı gözləntilərini azaldıb.
Mənbənin məlumatına görə, Türkiyə klubu artıq ilk rəsmi təklifini verib. 34 yaşlı hücumçunun agenti müqavilənin təfərrüatlarını daha ətraflı müzakirə etmək üçün İstanbula gəlib.
View this post on Instagram
