Obameyanq La Liqaya qayıdıb

18 İyul 2026 08:15
87
Obameyanq La Liqaya qayıdıb

“Deportivo” rəsmi saytında qabonlu hücumçu Pyer-Emerik Obameyanqla müqavilə imzaladığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, oyunçu klubla 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

37 yaşlı Obameyanq ötən mövsüm 41 oyunda 14 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 2,5 milyon avrodur. Hücumçu əvvəllər “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya Dortmund”, “Arsenal”, “Barselona”, “Çelsi”, “Marsel” və bir neçə başqa klubda oynayıb.

“Deportivo” ötən mövsüm La Liqaya yüksəlib.

İdman.Biz