Kanselo: “Barselona”da qalmaq istərdim”

Xəbərlər
11 Mart 2024 21:52
176
Kanselo: “Barselona”da qalmaq istərdim”

İcarə əsasında “Barselona”da çıxış edən Joao Kanselo gələcəyi ilə bağlı danışıb.

İdman.biz xəbər verir ki, portuqaliyalı futbolçu Kataloniya klubunda qalmaq arzusunu açıqlayıb.

“Mançester Siti”yə məxsus Kanselo bu barədə belə deyib: “Mövsümün sonunda “Mançester Siti”yə qayıdacağam? Hələlik, gələcəyim haqda heç nə bilmirəm. Amma “Barselona”da çox qalmaq istərdim".

29 yaşlı futbolçunun icarə müddəti iyunun sonunda başa çatacaq. “Mançester Siti” Kanselonun transfer qiymətini 40 milyon avro dəyərləndirir.

Qeyd edək ki, portuqaliyalı 2023/2024 mövsümündə “Barselona”nın heyətində 31 oyunda 3 qol vurub, 4 ötürmə edib.

İdman.biz