“Roma”nın və İtaliya millisinin sabiq futbolçusu Françesko Totti 2006-cı il dünya çempionatındakı qələbənin karyerasında oynadığı roldan danışıb.
İdman.Biz xəbər verir ki, Totti “Corriere dello Sport”a açıqlamasında həmin turnirin ona Romadan kənarda da tanınmağa imkan verdiyini bildirib.
“Əgər mən həmin turnirdə oynamasaydım, milli komanda qalib gəlməzdi (gülür). Həmin dünya çempionatı mənə hətta Roma hüdudlarından kənarda da əhəmiyyətli fiqura çevrilməyə imkan verdi.
Əgər karyeram ərzində yalnız bir çempionluq, iki İtaliya Kuboku və iki ölkə Superkuboku qazansaydım, “dairəvi yolun daxilində” qalardım. Bunun əvəzinə mən həm də dünya çempionu oldum və həmin vaxt yalnız 40 faiz hazır olmağıma baxmayaraq, böyük töhfə verdim: hər kəs dünya çempionu olmur”, – deyə Totti bildirib.
Qeyd edək ki, İtaliya 2006-cı ildə finalda Fransanı penaltilər seriyasında məğlub edərək dördüncü dəfə dünya çempionu olub.
