İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının ikinci turunda Türkiyə üzərində qazanılan böyükhesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, Mançini futbolçularının çıxışını yüksək qiymətləndirib və komandanın indi Fransa ilə gözlənilən görüşə köklənməli olduğunu vurğulayıb.
“Biz bütün gün yağış yağan bir meydançada oynadıq, buna görə də Türkiyənin təzyiqi artıracağını gözləmək təbii idi. Hər kəs əla oynadı. Bu oyunda qələbə çox vacib idi. İndi diqqəti növbəti matça yönəltmək və bərpa olunmaq lazımdır. Təzə qüvvələrimiz olacaq və Parisdə özümüzü göstərməyə çalışacağıq”, — deyə mütəxəssis bildirib.
Məşqçi fasilədə Cakomo Raspadorinin əvəzlənməsini də izah edib:
“Raspadorinin səhhətində problemlər yarandı. İkinci hissə başladıqdan beş dəqiqə sonra onu əvəzləməli olacağımızdan ehtiyat etdik, buna görə də fasilədə onun əvəzinə başqa bir oyunçu buraxdıq. Raspadori ondan istədiyimiz hər şeyi yerinə yetirdi və yaxşı oyun keçirdi”.
İtaliya millisinin start heyətində Sebastiano Espozito, Maykl Kayode və Matteo Rudceri debüt ediblər.
“Bunun onların ilk oyunu olduğunu nəzərə alsaq, yaxşı oynadılar. Onları təbrik edirəm”, — deyə Mançini əlavə edib.
Bursadakı görüş İtaliya komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya növbəti matçını oktyabrın 2-də Parisdə Fransa millisinə qarşı keçirəcək.
