“Barselona” Sesk Fabreqası baş məşqçi kimi kluba qaytarmaq imkanını asanlaşdıran xüsusi şərtə sahibdir.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin “Komo” ilə müqaviləsində anlaşmanın vaxtından əvvəl pozulması ilə bağlı xüsusi bənd yer alıb.
“Barselona”, “Arsenal” və ya “Çelsi” Fabreqası baş məşqçi postuna gətirmək istəsə, əvvəlcədən müəyyənləşdirilmiş sabit məbləği ödəməklə onun İtaliya klubu ilə müqaviləsinə xitam verə biləcək. Bu halda “Komo” ilə ayrıca danışıqlar aparmağa ehtiyac olmayacaq.
Daha əvvəl Fabreqasın Hans-Diter Flikin ayrılacağı təqdirdə “Barselona”nın baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilib.
Fabreqas Kataloniya klubuna yaxşı bələddir. O, “Barselona”nın yetirməsidir və 2011-2014-cü illərdə komandanın əsas heyətində çıxış edib.
