Fuente: “Xorvatiyaya qarşı daha yaxşı oynamalıyıq”

29 Sentyabr 2026 01:31
60
Fuente: “Xorvatiyaya qarşı daha yaxşı oynamalıyıq”

İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının ikinci turunda Xorvatiyaya qarşı keçirəcəkləri matçla bağlı gözləntilərini açıqlayıb.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis rəqibin gücünü qeyd edib və komandasının əvvəlki görüşlə müqayisədə daha yaxşı oynamalı olduğunu bildirib.

“Əlbəttə, onların şansı var. İdeal rəqib və ya ideal gün olmur. Biz çox yaxşı tanıdığımız, çox istedadlı futbolçuları olan Xorvatiya komandasına qarşı oynayırıq. Bu, Londonda İngiltərə ilə görüşdəkindən daha yaxşı oyun nümayiş etdirməli olacağımız bir matç olacaq”, – deyə de la Fuente bildirib.

İspaniya – Xorvatiya matçı bu gün Sevilyadakı “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Millətlər Liqasının birinci turunda İspaniya millisi səfərdə İngiltərəni 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz