Luiş Fiqu “Qızıl top”un əsas favoritlərini açıqladı

29 Sentyabr 2026 01:12
69
Luiş Fiqu “Qızıl top”un əsas favoritlərini açıqladı

2000-ci ilin “Qızıl top” sahibi Luiş Fiqu 2026-cı ilin yekunlarına görə mükafatı qazanmağa əsas namizəd hesab etdiyi futbolçuların adlarını açıqlayıb.

İdman.Biz “La Razon”a istinadən xəbər verir ki, Fiqu Lamin Yamal, Rodri, Kilian Mbappe, Lionel Messi, Usman Dembele, Maykl Olise və Harri Keynin adlarını çəkib.

“Qızıl top” uğrunda mübarizədə üç və ya dörd favorit var. İspaniyalı – əgər dünya çempionatındakı qələbəni nəzərə alsaq – məsələn, Lamin Yamal və ya keçən mövsümün bir hissəsini zədə səbəbindən buraxsa da, Rodri. Kilian Mbappe və Lionel Messi son dünya çempionatında özlərini əla tərəfdən göstərdilər.

Favoritlər sırasında “PSJ”nin Çempionlar Liqasındakı qələbəsini nəzərə alsaq, Usman Dembele də ola bilər. Həmçinin fantastik mövsüm keçirən Maykl Olise və Harri Keyni də qeyd etməmək olmaz. Doğrudan da, bu il namizəd çoxdur”, – deyə Fiqu bildirib.

Qeyd edək ki, qalib oktyabrın 26-da Londonda keçiriləcək xüsusi mərasimdə elan olunacaq.

İdman.Biz