“Barselona” Bakı şəhərinin görməli yerlərindən video hazırlayıb - VİDEO

24 Noyabr 2026 16:46
52
“Barselona” Bakı şəhərinin görməli yerlərindən video hazırlayıb - VİDEO

Artıq dünəndən etibarən İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının beşinci turunda “Sabah”la qarşılaşmaq üçün paytaxt Bakıdadır.

İdman.Biz xəbər verir ki, “Barselona” klubunun sosial şəbəkə hesabında paytaxtımızla bağlı paylaşım edilib.

Kataloniya təmsilçisinin nümayəndələri şəhərin mərkəzi hissəsində gəzərək Bakının görməli yerlərini lentə alıblar.

Paylaşımda əsasən turistlərin ən çox üz tutduğu məkanlar yer alıb.

Klub həmin kadrları sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, sabah, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.

İdman.Biz