Azərbaycan Birinci Liqasının doqquzuncu turunun təyinatları açıqlanıb

24 Noyabr 2026 15:37
47
Azərbaycan Birinci Liqasının doqquzuncu turunun təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Birinci Liqasının doqquzuncu turunun təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Tura “Baku Sportinq” - “Şahdağ Qusar” matçı ilə start veriləcək. Qarşılaşmanı Kamran Əliyev idarə edəcək. Turun son oyunu olan “Səbail” - “Şimal” görüşü isə Niyaz Əhmədova həvalə edilib.

Azərbaycan Birinci Liqası
Doqquzuncu tur
26 noyabr (cümə axşamı)
14:30. “Baku Sportinq” - “Şahdağ Qusar”

Hakimlər: Kamran Əliyev, Elmin Süleymanov, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Baku Sportinq Arena”

14:30. “Karvan-Yevlax” - “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu

19:00. “Gəncəbasar” - MOİK
Hakimlər: Nazim Abdullayev, Orxan İbişov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Gəncə şəhər stadionu

27 noyabr (cümə)
14:30. “Zaqatala” - “Xankəndi”

Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu

16:00. “Səbail”- “Şimal”
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bank Respublika Arena”

İdman.Biz