“Barselona” futbol komandası Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəyi oyun üçün Azərbaycana maraqlı yüklə gəlib.
İdman.Biz xəbər verir ki, İspaniya təmsilçisinin futbolçuları beş saatdan çox davam edən uçuşdan sonra Bakıya çamadanlarında oyun konsolları(“PlayStation və digər oyun cihazları”) ilə gəliblər.
Bu maraqlı detal “GTA VI” oyununun təqdimatı ərəfəsində diqqət çəkib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla turnir cədvəlinin beşinci, “Sabah” isə üç xalla 31-ci pilləsində qərarlaşıb. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.
