Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

24 Noyabr 2026 17:01
44
Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Emre Belözoğlu noyabrın 25-də klubun tarixinə düşə bilər.

İdman.Biz xəbər verir ki, 46 yaşlı mütəxəssis Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşmada İstanbul təmsilçisinin heyətində həm futbolçu, həm də baş məşqçi kimi UEFA Çempionlar Liqasında iştirak edən ilk şəxs olacaq.

Futbolçu karyerasında “Fənərbağça”nın heyətində 227 oyun keçirən Belözoğlu 2008/2009 mövsümündə Çempionlar Liqasında üç qarşılaşmada meydana çıxıb. O, Portuqaliyanın “Portu” komandası ilə iki, Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə bir görüşdə iştirak edib.

“Şaxtyor”la qarşılaşma Belözoğlunun məşqçilik karyerasında Çempionlar Liqasındakı debütü olacaq.

Londondakı “Stemford Bric” stadionunda keçiriləcək görüş daha bir tarixi hadisə ilə əlamətdar olacaq. Turnirin tarixində ilk dəfə iki türkiyəli baş məşqçi - Emre Belözoğlu və Arda Turan üz-üzə gələcəklər.

Qeyd edək ki, Arda Turan ötən mövsüm “Şaxtyor”u Ukrayna çempionu edib.

İdman.Biz