Türkiyə millisinin azarkeşləri UEFA Millətlər Liqasının ikinci turunda İtaliyaya qarşı keçirilən matç zamanı komandanın oyunundan kəskin narazılıqlarını bildiriblər.
İdman.Biz xəbər verir ki, Bursada keçirilən qarşılaşmada Türkiyə yığması oyun ərzində rəqibinə 1:4 hesabı ilə məğlub olub. Buraxılan dördüncü qoldan sonra tribunadakı minlərlə azarkeş Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyinə qarşı şüarlar səsləndirməyə başlayıb.
Fanatlar federasiya prezidenti İbrahim Hacıosmanoğluna müraciət edərək xorla “TFF, istefa!” və “İbrahim, get!” deyə qışqırıblar.
Davam edən etirazlar fonunda TFF rəhbəri stadionu tərk edib.
