Fransa millisinin baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının ikinci turunda Belçikaya qarşı matçda Maykl Olisenin vurduğu qələbə qoluna reaksiyasından danışıb.
İdman.Biz xəbər verir ki, baş məşqçi Olisenin hücuma keçdiyini görüb həyəcan keçirdiyini bildirib.
“Mənim reaksiyam? Olisenin driblinqə başladığını gördüm və düşündüm ki: “O, qol vuracaq”. Mən həmin an onunla birlikdə tam olaraq həyəcan içində idim. Bu gün biz bütün komponentlərdə, o cümlədən presinqdə çox yaxşı idik. Güclü rəqibə qarşı müəyyən iş gördük. Biz dözdük, cəsarət nümayiş etdirdik, rəqib meydançasına keçməkdən qorxmadıq - məhz bu mənim xoşuma gəlir”, - deyə Zidan bildirib.
Fransa komandası səfərdə 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu Olise 88-ci dəqiqədə vurub.
Fransa millisi Millətlər Liqasının ilk iki matçında altı xal toplayıb. Zidanın komandası növbəti görüşünü oktyabrın 2-də evdə İtaliyaya qarşı keçirəcək.
