Türkiyə millisinin futbolçusu Zeki Çelik UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin ikinci turunda İtaliyaya 1:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Çelik oyunla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, belə bir nəticədən məyus olub:
“Belə nəticə gözləmirdik. Fərqli oynamalı idik. Yaxşı futbolçulardan ibarət komandamız var”.
Türkiyə qrup mərhələsinin növbəti turunda oktyabrın 2-də Belçika ilə qarşılaşacaq. İtaliya isə həmin gün Fransa ilə üz-üzə gələcək.
