“Liverpul” son anda fərqlənib

Xəbərlər
2 Mart 2024 23:47
189
“Liverpul” son anda fərqlənib

“Liverpul” İngiltərə Premyer Liqasında lider mövqeyini qoruyub.

İdman.biz xəbər verir ki, “qırmızılar” Nottingem səfərində çətin qələbə qazanıblar.

Yurgen Kloppun yetirmələri qələbə topunu 90+9-cu dəqiqədə vurublar. Nunyes yeganə qolun müəllifi olub.

“Çelsi” növbəti dəfə xal itirib. “Zadəganlar” səfərdə “Brentford”un müqavimətini qıra bilməyiblər. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
27-ci tur

“Brentford” – “Çelsi” – 2:2
“Everton” – “Vest Hem” – 1:3
“Fulhem” – “Brayton” – 3:0
“Nyukasl” – “Vulverhempton” – 3:0
“Nottingem Forest” – “Liverpul” – 0:1
“Tottenhem” – “Kristal Pelas” – 3:1
“Luton” – “Aston Villa” – 2:3

İdman.biz