Edersonun "quru" rekordu

25 Fevral 2024 00:55
506
Edersonun "quru" rekordu

“Mançester Siti”nın qapıçısı Ederson İngiltərə Premyer Liqasının 26-cı turunda qapısını toxunulmaz saxlayıb.

İdman.biz xəbər verir ki, braziliyalı qapıçı 110-cu dəfə bu uğura nail olub.

O, “Bornmut”la görüşü “quru” hesabla başa vurub (1:0). Ederson bu göstəricidə Co Hartı (109 oyun) qabaqlayıb. 2017-ci ildən “Mançester Siti”də çıxış edən qolkiper bu mövsümdə 33 oyunda meydana çıxıb. O, bu görüşlərdə qapısından 31 top buraxıb.

Qeyd edək ki, Edersonun “şəhərlilər”lə 2026-cı il iyunun sonuna kimi müqaviləsi var.

İdman.biz

Məqalədə: