“Beşiktaş” və “Trabzonspor”dan əzimkar qələbə

Xəbərlər
9 Fevral 2024 00:49
488
“Beşiktaş” və “Trabzonspor”dan əzimkar qələbə

Türkiyə kubokunun 1/8 final mərhələsi yekunlaşıb.

İdman.biz xəbər verir ki, son oyun günündə “Beşiktaş” və “Trabzonspor” qələbə qazanıb.

“Qara qartallar” səfərdə əzimkar qalibiyyət əldə ediblər. Meydana sonradan daxil olan Muleka 2 qol vuraraq, “Beşiktaş”ın 1/4 finala yüksəlməsində böyük rol oynayıb.

“Gənclərbirliyi” - “Trabzonspor” matçında da eyni ssenari yaşanıb. Məğlub vəziyyətə düşən Abdulla Avcının yetirmələri 90+6-cı dəqiqədə bərabərlik qolunu, əlavə vaxtda isə qələbə topunu rəqib qapısından keçiriblər.

Qeyd edək ki, ilk iki gündə “Qalatasaray”, “Fənərbaxça”, “Konyaspor”, “Karagümrük”, “Başakşəhər” və “Ankaragücü” növbəti mərhələyə yüksəlib.

Türkiyə kuboku
1/8 final

Gənclərbirliyi – Trabzonspor – 1:2 (ə.v.)
Antalyaspor – Beşiktaş – 1:2

İdman.biz