Premyerliqa: “Brayton” “Çelsi”ni darmadağınla yola saldı - VİDEO

22 Aprel 2026 01:03
167
Premyerliqa: “Brayton” “Çelsi”ni darmadağınla yola saldı - VİDEO

İngiltərə Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən “Brayton” - “Çelsi” matçı meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesab çox tez açılıb. Oyunun üçüncü dəqiqəsində Ferdi Kadıoğlu fərqlənərək “Brayton”u önə çıxarıb. İkinci hissədə təzyiqi artıran meydan sahibləri 56-cı dəqiqədə Cek Hinşelvudun qolu ilə üstünlüklərini ikiqat artırıblar. Matçın yekun nöqtəsini isə 90+1-ci dəqiqədə Denni Uelbek qoyub - 3:0.

Bu qələbədən sonra xallarının sayını 50-yə çatdıran “Brayton” turnir cədvəlində altıncı pilləyə yüksəlib. 48 xalı olan “Çelsi” isə yeddinci yerə geriləyib. London təmsilçisi bu məğlubiyyətlə avrokuboklara vəsiqə yolunda mühüm xallar itirib.

İdman.Biz