Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbağça” səfərdə “Konyaspor”un qonağı olub. Gərgin mübarizəyə səhnə olan qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub.
İdman.Biz xəbər verir ki, matçın 120+2-ci dəqiqəsində meydan sahibləri qələbə qoluna imza atıblar. Dioqonun baş zərbəsini qapıçı Ederson dəf etsə də, Kramerə qarşı qayda pozuntusu penalti ilə nəticələnib. VAR sistemində epizodu izləyən baş hakim 11 metrlik nöqtəni göstərib. Jevtoviç zərbəni dəqiq yerinə yetirib.
Bu nəticə ilə “Konyaspor” adını yarımfinala yazdıran ilk komanda olub. Onların bu mərhələdəki rəqibi “Beşiktaş” - “Alanyaspor” cütlüyünün qalibi olacaq.
