Səudiyyənin “Əl-Nəsr” fubol komandasının futbolçusu Kriştianu Ronaldu karyerasının sonunda oğlu ilə eyni meydanı bölüşmək arzusuna çatır. Klubun U-16 komandasında çıxış edən 15 yaşlı kiçik Kriştianu Ronaldu artıq əsas komanda ilə məşqlərə hazırlaşır.
İdman.Biz xəbər verir ki, gənc futbolçu böyüklərdən ibarət heyətə transfer olunmaq üçün xüsusi sürətləndirilmiş proqram üzrə hazırlıqlara başlayıb. Məqsəd onun fiziki və taktiki hazırlığını qısa müddətdə lazımi səviyyəyə çatdıraraq atası ilə birlikdə rəsmi matçlarda iştirakını təmin etməkdir.
Əgər bu keçid baş tutarsa, futbol tarixində nadir hadisələrdən biri reallaşacaq və Ronaldu peşəkar səviyyədə doğma oğlu ilə eyni formanı geyinəcək. Səudiyyə Ərəbistanı təmsilçisinin rəhbərliyi də bu addımın həm idman, həm də marketinq baxımından böyük maraq doğuracağını düşünür.
