“Barselona”da Raşford qeyri-müəyyənliyi: Deku yeni namizədlər axtarır

21 Aprel 2026 21:41
128
“Barselona”da Raşford qeyri-müəyyənliyi: Deku yeni namizədlər axtarır

İngiltərənin “Mançester Yunayted” futbol komandasının icarəyə götürülən Markus Raşfordun gələn mövsüm “Barselona”da qalıb-qalmayacağı sual altındadır. İspaniya təmsilçisi ingilis hücumçunun birdəfəlik transferinin çətinliyini nəzərə alaraq alternativ variantları nəzərdən keçirir.

İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, klubun idman direktoru Deku artıq hücumun cinahı üçün yeni namizədlər üzərində işləyir. Kataloniyalıların siyahısında “Betis”in vingeri Abde Ezzalzuli və “Benfika”nın cinah hücumçusu Andreas Şelderup yer alıb.

Məlumata görə, Deku hazırda icarə əsasında “Monako”da çıxış edən Ansu Fatinin geri qayıtmasına ümid etmir. Fransa klubunun ispaniyalı futbolçunun transfer hüquqlarını birdəfəlik alacağı gözlənilir. “Barselona” rəhbərliyi maliyyə vəziyyətini dəyərləndirdikdən sonra cinah hücumçusu ilə bağlı yekun qərarını verəcək.

İdman.Biz