“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokundakı uğursuzluqdan sonra komandasının vəziyyətini dəyərləndirib. Təcrübəli mütəxəssis məğlubiyyəti qəbul etməyin və irəliyə baxmağın vacibliyini vurğulayıb.
İdman.Biz xəbər verir ki, argentinalı çalışdırıcı rəqibin qələbəyə layiq olduğunu bildirib. O qeyd edib ki, futbolda və həyatda əsas məsələ sınaqlardan dərs çıxarmaqdır. Simeone həm fiziki, həm də psixoloji cəhətdən yenidən bərpa olunmağın və enerjini növbəti matçlara yönəltməyin lazımlığını qeyd edib.
Baş məşqçi həmçinin vurğulayıb ki, komanda Çempionlar Liqası oyunlarına qədər ən yaxşı formasına qayıtmalıdır. Bunun üçün isə ilk növbədə daxili çempionatdakı qarşıdakı görüşlərdə inamlı oyun nümayiş etdirmək əsas şərtdir.
