“Xankəndi”yə Birinci Liqa üçün lisenziya verilib - FOTO

13 İyun 2026 17:47
117
“Xankəndi”yə Birinci Liqa üçün lisenziya verilib - FOTO

İkinci Liqanın 2025/2026 mövsümünün qalibi olaraq Birinci Liqada iştirak hüququ qazanan “Xankəndi” müvafiq lisenziyasını əldə edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Xankəndi” Futbol Klubu məlumat yayıb.

Klubun lisenziyalaşdırılması ilə bağlı qərar AFFA Lisenziya Komissiyası tərəfindən keçirilən iclasda qəbul olunub.

Beləliklə, “Xankəndi” FK 2026/2027 mövsümündə Birinci Liqada çıxış etmək üçün rəsmi lisenziya tələblərini yerinə yetirərək növbəti mərhələyə qədəm qoyub.

İdman.Biz
Məqalədə: