“Siti” və “Bavariya” “Everton”un müdafiəçini izləyirlər

13 İyun 2026 18:44
119
“Siti” və “Bavariya” “Everton”un müdafiəçini izləyirlər

“Mançester Yunayted”, “Mançester Siti” və “Bavariya” “Everton”un mərkəz müdafiəçisi Cerred Brentueytlə maraqlanır.

İdman.Biz bu barədə Daily Mail-ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, zədələrlə dolu mövsümə baxmayaraq, aparıcı Avropa klubları hələ də 23 yaşlı oyunçuya yüksək qiymət verirlər. “Everton” Brentueyti satmaq istəmir və onun transferi üçün ən azı 70 milyon funt sterlinq (80 milyon avro) tələb edəcək.

Ötən mövsüm Brentueyt bütün yarışlarda 10 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz