Braziliya azarkeşləri Tayms-Skveri karnavala çeviriblər - VİDEO

13 İyun 2026 16:39
104
Braziliya azarkeşləri Tayms-Skveri karnavala çeviriblər - VİDEO

Futbol üzrə Braziliya millisinin azarkeşləri Nyu-Yorkun simvollarından biri olan Tayms-Skver meydanında möhtəşəm futbol bayramı təşkil ediblər.

İdman.Biz xəbər verir ki, azarkeşlər şəhərin mərkəzini Braziliya bayraqlarının yaşıl-sarı rənglərinə bürüyərək mahnılar oxuyub, rəqslər edib və əsl karnaval ab-havası yaradıblar.

Mundialın ABŞ-da start götürməsindən sonra baş tutan bu rəngarəng yürüş turnirin ilk günlərinin ən yaddaqalan hadisələrindən biri kimi qiymətləndirilir.

Braziliyalı fanatlar komandanın Mərakeşlə qarşılaşması öncəsi böyük coşqu nümayiş etdirərək Nyu-Yorkun ən məşhur məkanlarından birini futbol bayramına çeviriblər. Qeyd edək ki, dünya çempionatında üçüncü günün oyunları çərçivəsində, 14 iyun, Bakı vaxtı ilə 02:00-da Braziliya Mərakeşlə qarşılaşacaq.

İdman.Biz