Jurnalist Matteo Moretto yazıb ki, “Real Madrid”in keçmiş məşqçisi Alvaro Arbeloa “Fulhem”in baş məşqçisi təyin olunmağa yaxındır.
İdman.Biz bildirir ki, “Fulhem” və Alvaro Arbeloa arasında danışıqlar yaxşı gedir.
İspan məşqçinin nümayəndələri Oskar Ribot və Luis Alonso ilə London klubu arasında son təmaslardan sonra hər iki tərəf razılığa gəlmək barədə nikbindir. Bəzi detallar hələ dəqiqləşdirilməyib, lakin ümumi əhval-ruhiyyə müsbətdir və yaxın günlərdə razılığa gəlinəcəyinə əminlik var.
Çərşənbə axşamı, 9 iyun tarixində “Real Madrid” 43 yaşlı Alvaro Arbeloanın baş məşqçi vəzifəsindən getdiyini açıqladı. Arbeloa 2026-cı ilin yanvar ayından bəri “Los Blancos”a rəhbərlik edirdi.
“Fulhem” 2025/26 mövsümünü İngiltərə Premyer Liqasında 11-ci yerdə başa vurub. Komanda 38 oyunda 52 xal qazanıb.
